Bakı, 4 may, AZƏRTAC
Futbol üzrə İtaliya A Seriyasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, XXXV turda öz meydanında "Parma"nı 2:0 hesabı ilə məğlub edən "İnter" vaxtından əvvəl çempionluğunu elan edib. Görüşdə qolları Markus Tyuram və Henrix Mxitaryan vurublar.
Bununla da xallarını 82-yə çatdıran "İnter" sona 3 tur qalmış qızıl medalları təmin edib. Milan təmsilçisi turnir cədvəlində ən yaxın izləyicisi "Napoli"ni (70 xal) 12 xal qabaqlayır.