EN

Maştağadakı psixiatriya xəstəxanasından pasiyentlər qaçıblar? - Yaxınlıqda yaşayan sakinlər DANIŞDILAR - VİDEO

Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanası ilə bağlı son günlər sosial mediada belə bir xəbər dolaşır ki, guya bu xəstəxanadan ona yaxın xəstə qaçıb və onların arasında təxminən iki il öncə ailə üzvlərini öldürən Əhməd Əhmədov da var.

 

Həmin ərazidə yaşayan sakinlər hadisə ilə bağlı fikirlərini Baku TV-yə şərh edib:

 

"Vallah, mən heç inanmıram. Yəqin şayiədir. Elə bir şey eşitməmişəm".

 

"Doğru olmaz. Yalandır. Neçə ildir mən burada yaşayıram, 63 yaşım var. Mən elə şey görməmişəm", - deyə digər sakin bildirib.

 

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir və şayiədir.

 

Tarix: 4 May 2026, 01:26   
Chosen
49
pravda.az

1Sources