Meksikanın hakim Morena partiyası Adriana Montiel Reyesi yeni lider təyin edib.
"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qərar bazar günü partiyanın keçmiş lideri Luisa Mariya Alkaldenin Meksika prezidenti Klaudiya Şeynbaumun administrasiyasına qoşulmaq üçün istefa verməsindən sonra verilib.
Təyinatından əvvəl Montiel Şeynbaum hökumətində sosial təminat naziri vəzifəsində çalışıb.