EN

Milyonçuların məskəni: ölkədə varlıların sayı ikiqat artdı

Türkiyədə sərvəti 30 milyon dollardan çox olan şəxslərin sayı son 5 ildə 93,5% artaraq 2174 nəfərdən 4208 nəfərə yüksəlib.

Musavat.com xəbər verir ki, bu barədə Ekonomim nəşri məlumat yayıb.

Məlumata görə, bu göstəricinin 2031-ci ilə qədər daha 13% artaraq 4772 nəfərə çatacağı proqnozlaşdırılır. Eyni dövrdə ölkədə milyarderlərin sayının da 35 nəfərdən 46 nəfərə yüksələcəyi, yəni 31% artacağı gözlənilir.

Qlobal miqyasda da oxşar dinamika müşahidə olunur. Son 5 ildə dünyada supervarlı şəxslərin sayı 551 min 435 nəfərdən 713 min 626 nəfərə çatıb ki, bu da 29%-lik artım deməkdir. Ümumi artımın 40%-dən çoxu ABŞ-nin payına düşür, ikinci yerdə isə Çin qərarlaşıb.

 

Musavat.com

Chosen
51
musavat.com

1Sources