"Formula-1" üzrə dünya çempionatının Mayami Qran-prisinin qalibi müəyyənləşib.
Bizim.Media xəbər verir ki, "Mercedes" komandasının pilotu Kimi Antonelli yarışı birinci pillədə başa vurub.
İkinci yeri "McLaren"in britaniyalı pilotu Lando Norris, üçüncü yeri isə onun komanda yoldaşı Oskar Piastri tutublar.
Beləliklə, Antonelli ardıcıl üçüncü qələbəsini qazanaraq ümumi hesabda 100 xalla liderliyini möhkəmləndirib. İkinci pillədə "Mercedes"in digər pilotu Corc Rassell, üçüncü yerdə isə "Ferrari"dən Şarl Lekler qərarlaşıb.
Mühəndislər Kubokunda "Mercedes" 180 xalla birincidir. İlk üçlükdə, həmçinin "Ferrari" (112) və "McLaren" (94) yer alırlar.
Qeyd edək ki, növbəti mərhələ mayın 22-24-də Kanadada keçiriləcək.
Bizim.Media