EN

Moskva çayında sərnişinlərlə dolu kater aşıb

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən Moskva çayında sərnişinləri daşıyan kater aşıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilərin vaxtında müdaxiləsi nəticəsində ölüm olmayıb.

9 nəfər üçün nəzərdə tutulan katerdə 13 nəfər var imiş - sahibi və 12 sərnişin. Sərnişinlərin hamısı xəstəxanaya yerləşdirilsə də, 5 böyük və 5 uşaq yoxlanışdan sonra evə buraxılıblar. 2 və 4 yaşında 2 körpədə isə soyuqdəymə əlamətləri aşkar olunduğu üçün xəstəxanada saxlanılıb.

Qeyd edək ki, faktla bağlı Moskva regionlararası nəqliyyat prokurorluğu cinayət işi qaldırıb. Qəzanın təhlükəsizlik qaydalarına əməl olunmaması nəticəsində törədilməsi versiyası daha realdır.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
33
525.az

1Sources