EN

Türkiyədə güclü fırtına l Ölən və yaralananlar var

Fırtına nəticəsində Şanlıurfada 1 nəfər ölüb, bir neçə nəfər isə yüngül xəsarət alıb. Qaziantepdə isə əlverişsiz hava ilə bağlı 23 nəfər xəsarət alıb. Oğuzeli rayonunda isə tornado avtomobillərə ziyan vurub. Qaziantep valiliyi bölgədə fövqəladə vəziyyət elan edib.

Proqnoza görə, ölkənin böyük bir hissəsində güclü yağış gözlənilir və Mərmərə bölgəsi üçün tufan xəbərdarlığı verilib. İstanbul da daxil olmaqla 44 vilayət üçün sarı xəbərdarlıq elan edilib.
Chosen
29
1
azvision.az

2Sources