EN

Azərbaycanda şirkətinin səhmləri vərəsəliklə keçəcək 

Azərbaycanda səhmdar şirkətin səhmlərinə olan hüquq vərəsəliklə keçəcək. 

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 3 iyun 2026-cı il tarixində Naxçıvanın Şahbuz rayonunda yerləşən “Şahşərab” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda səhmdarlıq hüququnun vərəsəlik əsasında tanınması və idarə heyətinin sədrinin təyin edilməsi məsələsi müzakirə olunacaq. 

Qeyd edək ki, cəmiyyətin əsas səhmdarı Kazımov Faiq Feyzulla oğlu olduğu üçün yığıncaq onun iştirakı ilə keçiriləcək. Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi 35, Fairness Vəkil Bürosunda keçiriləcək. 

Chosen
20
fed.az

1Sources