EN

Tramp ABŞ-nin bu gün Hörmüzdə əməliyyata başlayacağını açıqlayıb

“ABŞ bu gündən etibarən Hörmüz boğazında “Azadlıq Layihəsi” adlı humanitar əməliyyata başlayacaq”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth social” sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, əməliyyatın məqsədi boğazda tıxanmış xarici gəmilərin təhlükəsiz şəkildə çıxarılmasına yardım etməkdir.

Amerika lideri bikdirib ki, Yaxın Şərq münaqişəsində iştirak etməyən onlarla ölkə Vaşinqtona müraciət edərək neytral gəmilərinin təhlükəli sulardan çıxarılmasına dəstək istəyib.

Tramp qeyd edib ki, bölgədə qalan bir çox gəmi artıq heyət üçün qida və zəruri ləvazimat çatışmazlığı ilə üzləşir.

Ağ Ev rəhbəri eyni zamanda xəbərdarlıq edib ki, əməliyyata hər hansı müdaxilə olarsa, buna zorla müqavimət göstəriləcək.

Daşqın HəsənovMissiya.Az

Chosen
16
missiya.az

1Sources