Avtomobil tamaşaçıların üzərindən KEÇİB- ÖLƏNLƏR VAR
Ajans.az xarici mediaya istinadən xəbər verir ki, avtomobillərdən biri idarəetmədən çıxaraq tamaşaçıların üzərinə gedib. Hadisə nəticəsində azı 3 nəfər həyatını itirib, təxminən 40 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.