EN

Kazemiro Lionel Messi ilə komanda yoldaşı olmağa yaxındır

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"İnter Mayami "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemironı "rənglərinə bağlamaq" üçün danışıqları davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial media hesabında paylaşım edib.

Mənbənin sözlərinə görə, 34 yaşlı braziliyalı ingilis klubu ilə müqaviləsini yeniləməyəcək və 2026-cı ilin yayında azad agent kimi ayrılacaq. O, MLS təmsilçisinə qoşulmaq ideyasına isti yanaşır.

Tərəflər arasında danışıqlar davam edir, baxmayaraq ki, Kazemiro üçün digər təkliflər də mövcuddur.

Qeyd edək ki, yarımmüdafiəçi 2022-ci ilin avqustundan "Mançester Yunayted"in formasını geyinir. Onun klubla müqaviləsi iyunun 30-da başa çatır. Kazemiro cari mövsümdə 34 matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
13
sport24.az

1Sources