EN

Bu hava limanında uçuşlara məhdudiyyət QOYULDU

Çelyabinsk şəhərində yerləşən Balandino hava limanında təyyarələrin qəbulu və yola salınması üzrə müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) məlumat yayıb.

Qurumun açıqlamasına görə, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib.

Bundan əvvəl Perm şəhərində yerləşən Bolşoye Savino hava limanında da oxşar məhdudiyyətlər qüvvəyə minmişdi.

Mayın 4-də səhər saatlarında isə Moskvanın Vnukovo hava limanında tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Rəsmi qurumlar bildiriblər ki, həmin tədbirlər də hava nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün görülüb. Eyni zamanda qeyd olunub ki, Vnukovo və Domodedovo hava limanları müəyyən müddət ərzində hava məkanının istifadəsi ilə bağlı tətbiq olunan məhdudiyyətlər səbəbindən səlahiyyətli orqanlarla razılaşdırılmış rejimdə fəaliyyət göstərib.

Məlumata görə, bu cür məhdudiyyətlər adətən pilotsuz uçuş aparatları ilə bağlı təhlükələr fonunda tətbiq olunur. Rusiya Müdafiə Nazirliyi bildirib ki, mayın 4-nə keçən gecə ölkənin 14 regionu üzərində ümumilikdə 117 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.

NURİYYƏ

Chosen
12
redaktor.az

1Sources