EN

Tramp Hörmüz boğazında əməliyyata başladı - Gəmiləri çıxaracaq

 Tramp İranla müharibə səbəbindən Hörmüz boğazında ilişib qalan gəmiləri xilas etmək üçün yeni bir addım atacaqlarını açıqlayıb.

 Ölkə.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” media platformasında yazıb.

Regiondakı gərginliyə qarışmayan ölkələrin onlardan kömək istədiyini vurğulayan Tramp  neytral və günahsız tamaşaçı rolunda çıxış edən ölkələrin gəmiləri Hörmüz boğazından təhlükəsiz şəkildə keçməsi üçün əllərindən gələni edəcəyini bildirib.

"Bu proses, yəni Azadlıq Layihəsi, Yaxın Şərq vaxtı ilə bazar ertəsi (mayın 4-də-red) səhər başlayacaq. Mən nümayəndələrimin İranla çox müsbət müzakirələr apardığını və bu müzakirələrin hər kəs üçün çox müsbət nəticələr verə biləcəyini tam bilirəm", - Tramp əlavə edib.

Tramp onu da qeyd edib ki, bu humanitar yardım prosesinə hər hansı bir müdaxilə olarsa,  ən sərt cavabla qarşılaşacaq.
 

Mürtəza

Chosen
24
1
olke.az

2Sources