Kolumbiyada keçirilən “Monster truck” şousu faciə ilə nəticələnib.
Publika.az "El Tiempo" qəzetinə istinadən xəbər verir ki,şou zamanı avtomobillərdən biri idarəetmədən çıxaraq tamaşaçıların üzərinə gedib.
Hadisə nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib, təxminən 40 nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Polisin məlumatına görə, qəzaya səbəb avtomobilin əyləc sisteminin texniki nasazlığı olub.