EN

ABŞ-də silahlı hücum baş verib - 10 yaralı

ABŞ-nin Oklahoma ştatında Arcadia gölü yaxınlığında silahlı hücum baş verib.

Day.Az yerli mediaya istinadən xəbər verir ki, hadisə axşam saat 21:00 radələrində qeydə alınıb və atəş səsləri ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

İlkin məlumata əsasən, hücum nəticəsində ən azı 10 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, insident gənclərin bir araya gəldiyi açıq hava tədbiri zamanı baş verib, hadisə ilə bağlı araşdırma davam edir.

Chosen
9
day.az

1Sources