EN

Neftin qiyməti ilə bağlı VACİB XƏBƏR - Bu qədər ucuzlaşdı

Beynəlxalq ticarət platformalarında aparılan əməliyyatlar zamanı Şimal dənizi mənşəli “Brent” markalı neftin 2026-cı ilin iyul ayı üzrə fyuçersləri azalma nümayiş etdirib.

Musavat.com xəbər verir ki, son məlumata görə, bu markanın bir bareli 108,06 ABŞ dolları səviyyəsinə enib.

ABŞ bazarında da oxşar dinamika müşahidə olunub. Nyu-York əmtəə birjasında “WTI” markalı neftin 2026-cı ilin iyun ayı üçün nəzərdə tutulan müqavilələrinin qiyməti 0,31% ucuzlaşaraq 101,62 dollar təşkil edib.

Analitiklər qiymətlərdəki bu dəyişiklikləri qlobal bazarda tələb-təklif balansı və geosiyasi faktorlarla əlaqələndirirlər.

Musavat.com

Chosen
4
musavat.com

1Sources