EN

Neftçi onunla vidalaşmağa hazırdır - İki variantın hansı biri olsa!

«Neftçi» ötən ilin yayında 2 illik müqavilə bağladığı Murad Xaçayevlə yollarını ayırmağı planlaşdırır.

Adıçəkilən müdafiəçini birdəfəlik transfer etmək və ya icarəyə götürmək istəyən olsa, «ağ-qaralar» bu təklifləri dəyərləndirməyə çalışacaq.

Çünki 27 yaşlı arxa xətt oyunçusu Yuri Vernidubun gələn mövsümlə bağlı düşüncələrindən kənarda qalıb. Baş məşqçi «Sumqayıt»dan gəlmiş Xaçayevin komandaya uyğun gəlmədiyi qənaətindədir.

Ukraynalı mütəxəssis nadir hallarda meydana çıxan Muradın mövqeyinə legioner transfer etməyi məqsədəuyğun sayır.

Təcrübəli çalışdırıcı bu fikirdədir ki, o, boş vaxt itirməməli, oynaya biləcəyi yerə getməlidir.

Burada isə seçimi səbəbkarın özü etməlidir. Ya müqavilə müddəti bitənədək ehtiyat skamyada əyləşməli, ya da başqa variantları nəzərdən keçirməlidir.

SPORTİNFO.AZ

Chosen
12
sportinfo.az

1Sources