Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Abşeron rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanada vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 26-sı Saray qəsəbəsində qeydə alınıb.
1968-ci il təvəllüdlü paytaxt sakini İlqar Ələsgər oğlu Şəfiyev təmir işləri apararkən yıxılaraq baş nahiyəsindən xəsarət alıb.
İ.Şəfiyev mayın 2-də yerləşdirildiyi xəstəxanada vəfat edib.
Hazırda araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.