EN

AMB idxal ödənişləri üzrə sənəd tələblərini yumşaldıb

Azərbaycan Mərkəzi Bankı (AMB) rezident və qeyri-rezidentlərin valyuta əməliyyatları qaydalarında dəyişiklik edib. Qərar AMB-nin sədri Taleh Kazımov tərəfindən imzalanıb.


Dəyişikliklərə əsasən, Azərbaycana idxal olunan mal və xidmətlər üzrə ödənişlərin, o cümlədən avans köçürmələrinin icrası zamanı Nazirlər Kabinetinin xüsusi tapşırığı olduqda, banklar tərəfindən idxal müqaviləsi, gömrük bəyannaməsi və digər sənədlər tələb olunmayacaq. Bu halda müvafiq tapşırığı təsdiq edən sənədin surəti bankda saxlanılacaq.


Yeni qaydalara görə, müdafiə təyinatlı malların idxalı və bu sahə üzrə xidmətlərin göstərilməsi ilə bağlı avans ödənişləri zamanı Müdafiə Sənayesi Nazirliyi tərəfindən təqdim olunan məktub əsas sənəd kimi qəbul edilə bilər.


AMB bildirir ki, bu dəyişikliklər müəyyən hallarda ödəniş proseslərinin sürətləndirilməsinə və prosedurların sadələşdirilməsinə yönəlib.

Chosen
16
anews.az

1Sources