EN

Neftçalada 7 kiloqram narkotik vasitə aşkarlandı

BAKI, 4 may. TELEQRAF

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 40 yaşlı Mehman Dadaşov saxlanılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ondan 7 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.

Araşdırmalarla M.Dadaşovun narkotikləri satış məqsədilə əldə etdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Chosen
27
20
teleqraf.com

10Sources