EN

Komitə sədri: Ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində böyük işlər görülüb

Bakı, 4 may, AZƏRTAC

"Dərman vasitələri haqqında” Qanuna 90-dan çox dəyişiklik edilib. Səhiyyə Nazirliyi və Nazirlər Kabineti tərəfindən qanunun icrası ilə bağlı ciddi işlər görülməyə başlanıldı. Ölkədə dərman qıtlığının aradan qaldırılması, dərman təhlükəsizliyi, keyfiyyətlə bağlı məsələlər öz həllini tapdı. Bu sahədə xeyli işlər görülüb.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Azərbaycan əczaçılıq sənayesi: Dünən, bu gün və sabah” adlı II beynəlxalq konfransda çıxış edərkən deyib.

Komitə sədri bəzi məsələlərin hələ də qaldığını vurğulayaraq qeyd edib ki, bunların gələcəkdə aradan qaldırılması üçün qurumlar öz fəaliyyətini davam etdirəcək: "Dərman vasitələri əhaliyə göstərilən tibbi xidmətin əsas komponentlərindən biridir. Ölkəmizdə yüksəkixtisaslı kadrların hazırlanması sahəsində kifayət qədər böyük işlər görülüb. Respublikamıza dərman preparatları gətirmək üçün lisenziyalar kifayət qədər sadələşdirilib. Bəzi dərmanlar üçün elektron təqib sistemi fəaliyyətə başlayıb".

Müxbir - Günel Türksoy
Fotoqraf - Tofiq Babayev
Videooperator - Vüsal Tağıyev
Chosen
20
azertag.az

1Sources