Siyasi ekspert Əkrəm Bəydəmirli "Olaylar"a bildirib ki, 2023-cü ilin sentyabr ayının 19-20-də keçirilən antiterror tədbirlərindən sonra ermənilərdən ibarət cinayətkar şəbəkənin üzvləri həbs edildi: "Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının dünyanın gözü qarşısında məhkəmə prosesi çox aşkar keçirildi. Hüququn bütün tələblərinə uyğun aparılmış bu prosesdə çoxsaylı şahid ifadələri dinlənildi, irəli sürülmüş ittihamlar öz əsaslı təsdiqini tapdı. Bakı Hərbi Məhkəməsində ağır cinayətlərdə ittiham olunan həmin ermənilər təkzibolunmaz faktlarla, əsaslı sübutlarla üz-üzə qaldılar.
Günahsız azərbaycanlıların qanını tökən həmin qatillərin müdafiəsi ilə bağlı bütün cəhdlər əbəsdir. Ona görə ki, təkzibolunmaz faktlar təsdiqni tapdı.
Azərbaycan yalnız torpağını işğaldan azad etmədi, həm də ermənilərin yaratdığı cəzasızlıq mühitinə, separatizmə son qoydu. Bu gün münaqişələrdən, separatizmdən, əsassız torpaq iddialarından əziyyət çəkən dünya üçün bu, yaxşı örnəkdir.
Bir məqamı qeyd edim ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropa separatizmin dəhşətli tərəfini gördü və bu gün öz sərhədlərində hiss edir. Xüsusulə Ukrayna ərazisi olan Xerson, Luqansk və Donbasın Rusiya tərəfdən separatizm ünsürü kimi istifadə edilməsi faktı dünya üçün acı nəticə oldu. Ona görə, özünə hörmət qoyan hər bir dövlət, beynəlxalq qurumlar separatizmə dəstək verməməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31