EN

Bakıda türk dünyasını sarsıdan deportasiya həqiqətləri müzakirə olunacaq

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihə fəaliyyətə başlayıb.Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə sözügedən birlik "Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrasına başlayıb. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyi tərəfindən maliyyələşir. Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkəri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkklatı tərəfdaş qismində iştirak edəcəklər.Layihə fəaliyyəti çərçivəsində Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçiriləcək. Konfransda Türk Dövləti Təşkilatlarına (TDT) üzv dövlətlərin və türkdilli etnik xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, Vətəndaş Cəmiyyəti İnstitutlarının, Diaspor nümayəndələrinin və mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulub. Bu istiqamətdə təşkilatın beynəlxalq təcrübəli ekspertləri tərəfindən təqdimatlar həyata keçiriləcək.Layihə çərçivəsində Bakı şəhərində deportasiya və soyqırım istiqamətində çalışan araşdırmaçılar, QHT rəhbərləri, dövlət qurumlarının və Qərbi Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə Dəyirmi Masa və İmişli rayonunu 4 icmasında Qərbi Azərbaycan icmalarının iştirakı ilə seminarlar keçiriləcəkdir.Beynəlxalq Konfransda Qərbi Azərbaycan, Çərkəz, Axıska və Orta Asiya xalqlarının deportasiya və soyqırım hadisələri barədə tarixi faktlar və həqiqətlər ictimaiyyətə təqdim olunacaq.

Konfransın qətnaməsi hazırlanacaq və TDT-nın rəhbər qurumlarına təqdim olunacaq.Eyni zamanda uyğun bir tarix seçilməklə “Türkdilli xalqların beynəlxlaq deportasiya və soyqırım” gününün təsis edilməsi barədə TDT İdarə Heyətinə müraciət ünvanlanacaq.Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
4
demokrat.az

5Sources