EN

Aynur Elgünəş ailəsinə səhhəti ilə bağlı açıqlama yaymasını qadağan edib HƏBSDƏKİ JURNALİST AZAD EDİLƏCƏKMİ?

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

“Həftə sonu Aynur Elgüneşə onkoloji diaqnoz qoyulması barədə informasiya yayıldı. Nəhayət, dünən ailə üzvləri onunla görüşüb. Aynur səhhəti ilə bağlı hər hansı bir açıqlama yayılmasını ailəsinə qadağan edib”.

Bunu Gununsesi.info xəbər portalının baş redaktoru Pərviz Həşimli sosial şəbəkə hesabında yazıb.

Baş redaktor, həmçinin xatırladıb ki, Aynur həbsinə qədər çox xəstəliklərdən əziyyət çəkib: “İndi yaxınları deyir ki, həbsindən bir həftə öncə ona Biopsiya analizi vermək tövsiyyə edilib.

Mən inanıram ki, Azəbaycan prezidenti Əvəz Zeynallıya göstərdiyi humanizmi Aynura da göstərəcək.

Bir vətəndaş kimi, bir media quruluşunun rəhbəri kimi Aynur Elgünəşin tezliklə azad edilməsini dövlət başçımızdan xahiş edirəm”.

“Vəziyyət olduqca ciddidir” deyə Həşimli qeyd edib.

Xatırladaq ki, Aynur Elgünəş 6 dekabr 2024-cü il tarixində “Meydan TV İşi” çərçivəsində həbs edilib.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
34
icma.az

1Sources