Həmçinin, 28 fevral İrana hücuma qədər Donald Trampın NATO üzvü Danimarkaya qarşı Qrinlandiya iddiaları Avropada ABŞ-a etibarı sarsıdıb. Bu səbəbdən müttəfiqlər artıq Tramp administrasiyasını potensial risk mənbəyi kimi görür.
Belə bir qənaət də formalaşıb ki, əgər NATO ölkələri ABŞ-ın İrana qarşı müharibəsində Trampa istədiyi kimi dəstək versəydilər, bu onun ambisiyalarını daha da gücləndirə bilərdi. Bu isə Avropa üçün əlavə risklər yaradardı və nəticədə onlar bu ssenaridən uzaq durmağa üstünlük verdilər. NATO-nun 5-ci maddəsinə görə yalnız hücuma məruz qalan üzv müdafiə olunur; hücum edən tərəfə dəstək öhdəliyi yoxdur.
Donald Trampın Venesuela, Kuba, Kanada və digər ölkələrə qarşı təhdidləri onun beynəlxalq arenada qeyri-ciddi siyasətçi kimi qəbul olunmasına və qərarlarına etimadın zəifləməsinə səbəb olub.
Eyni zamanda, ABŞ-İran qarşıdurması qlobal enerji bazarına ciddi təsir göstərərək kəskin qiymət artımına, böhran riskinin yüksəlməsinə səbəb olub. Xüsusilə enerji asılılığı yüksək olan Avropa ölkələri üçün bu vəziyyət ciddi təhlükəyə çevrilib.
ABŞ İrana hücumla və eyni zamanda Ukraynaya dəstəkdə əngəllər yaratmaqla Avropanı bir növ Rusiya təhlükəsi ilə üz-üzə qoymaqla, Tramp hesab edirdi ki, Avropa ABŞ-a daha çox sığınacaq və asılılığı daha da dərinləşəcək.
Lakin Avropa fərqli gediş etdi və öz təhlükəsizliyini müstəqil şəkildə təmin etmək istiqamətində yeni ittifaqın formalaşdırılması prosesinə başladı. Almaniya bu prosesin önünə keçərək öz keçmiş qüdrətini bərpa etməyə başladı. ABŞ-ın isə Almaniyadakı hərbi qüvvələrini geri çəkmək niyyəti bu prosesləri daha da sürətləndirir.
Nəticə etibarilə, Donald Tramp administrasiyasının siyasəti təkcə mövcud dövrdə deyil, Trampdan sonrakı mərhələdə də NATO ölkələrinin ABŞ-a olan etimadını ciddi şəkildə sarsıtdı. Yəni, NATO müttəfiqlərinin Tramp administrasiyasına etimadsızlığı, müttəfiqlik öhdəliklərindən yayınması təkcə İranla bağlı məsələ yox, ABŞ-ın dünya enerji təchizatı da daxil olmaqla strateji planları ilə əlaqəli nəticədir, xüsusən də Çinlə bağlı və Tramp ABŞ dövlət siyasətindən kənara çıxa bilməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31