EN

“Ev işlərini görmürdü” dedi, arvadını döydü

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakının Nizami rayonunda 33 yaşlı kişi arvadına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 24-də baş verib. Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əfsən həmin gün saat 16 radələrində birgə yaşadıqları evdə arvadı Nəsibə ilə (adlar şərtidir – red.) mübahisə edib.Onların arasında mübahisənin yaranmasına səbəb isə Nəsibənin mənzildə ev işlərini görməməsi səbəbindən baş verib. Bu məsələ ilə bağlı Əfsən arvadına irad bildirməsi ilə bağlı aralarında ailə-məişət zəminində baş vermiş mübahisə zamanı qəsdən əl və ayağı ilə onun baş, ayaq nahiyələrindən vurub. O, qadına ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib. 

Faktla bağlı Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.İş üzrə izahat verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməli etiraf edib, barəsində amnistiya aktının tətbiq edilməsini, cinayət işi üzrə icraata xitam verilməsini istəyib.Nizami Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə və işin icraatına xitam verilib.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
demokrat.az

1Sources