Məlumatı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) Yaxın Şərqdəki ofisi yayıb. CENTCOM komandanı admiral Bred Kuper bazar ertəsi günü bildirib: "Bu müdafiə missiyasına dəstəyimiz regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün vacibdir, eyni zamanda dəniz blokadasını da dəstəkləyirik".
Komandanlıq vurğulayıb ki, ABŞ prezidentinin təşəbbüsü ilə həyata keçirilən missiya dünya neftinin dörddə birinin, eləcə də xeyli miqdarda yanacaq və gübrənin keçdiyi Hörmüz boğazından maneəsiz keçid axtaran ticarət gəmilərini dəstəkləyəcək.
CENTCOM-un məlumatına görə, "Azadlıq Missiyası" idarə olunan raket esminetsləri, 100-dən çox quru və daşıyıcı təyyarə, çoxməqsədli pilotsuz platformalar və 15.000 hərbi qulluqçu tərəfindən dəstəklənəcək.
Musavat.com