Azərbaycan Mərkəzi Bankı (AMB) rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarına dəyişiklik edib.
Adalet.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyəti bununla bağlı qərar qəbul edib.
Qərara əsasən, xüsusilə avans ödənişləri ilə bağlı tələblər dəqiqləşdirilib.
Belə ki, yeni dəyişikliklərə görə, müdafiə təyinatlı malların (hərbi texnika, silah və s.) idxalı üçün xaricə əvvəlcədən ödəniş edildikdə, bu əməliyyatlar daha sadə qaydada həyata keçiriləcək. Bu halda şirkət banka Müdafiə Sənayesi Nazirliyinin məktubunu təqdim etməklə əməliyyatı əsaslandıra biləcək.
Bundan əvvəl bu tip ödənişlər üzrə nəzarət daha sərt idi və əlavə məhdudiyyətlər tətbiq olunurdu.
Dəyişikliklərin məqsədi müdafiə sahəsi üzrə idxal əməliyyatlarını sürətləndirmək və prosedurları sadələşdirməkdir.