EN

Şavkat Mirziyoyev: "Özbəkistan kritik minerallar üzrə 1,6 milyard dollarlıq 70-dən çox layihənin icrasına başlayıb"

Özbəkistan ABŞ, Çin və Türkiyənin iri şirkətləri ilə birgə kritik faydalı qazıntılar üzrə ümumi dəyəri 1,6 milyard ABŞ dolları olan 70-dən çox layihənin icrasına başlayıb.

"Far.Az"un Səmərqəndə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ADB Direktorlar Şurasının 59-cu illik iclasının rəsmi açılış mərasimində bildirib.

Onun sözlərinə görə, müasir texnologiya əsrində kritik minerallar sahəsində rəqabətin gündən-günə güclənməsi müşahidə olunur: "Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən, 2040-cı ilə qədər sənaye üçün vacib olan minerallara tələbat altı dəfə artacaq. Özbəkistan böyük həcmdə mis, volfram, molibden, maqnezium, qrafit, vanadium, titan və digər faydalı qazıntı ehtiyatlarına malikdir. Bu potensialdan istifadə etmək üçün koreyalı tərəfdaşlarımızla birgə tədqiqat mərkəzinin fəaliyyətini təşkil etmişik, eləcə də Daşkənd və Səmərqənd vilayətlərində gələcəyin metalları texnoparkını inşa edirik".

Ş.Mirziyoyev vurğulayıb ki, ABŞ, Çin və Türkiyənin iri şirkətləri ilə ümumi dəyəri 1,6 milyard ABŞ dolları olan 70-dən çox layihənin icrasına başlanılıb: "Məqsədimiz faydalı qazıntıların hasilatı ilə yanaşı, həm də onların dərin emalı hesabına iqtisadiyyatın inkişafına yeni təkan verməkdir".

Chosen
16
far.az

1Sources