EN

"AzerGold"un qızıl və gümüş məhsulları Beynəlxalq Xalça Festivalında nümayiş olunub

Mayın 2-3-də İçərişəhərdə keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində "AzerGold" QSC xalça konsepsiyalı sərgi stendi ilə təmsil olunub.

"Azərxalça" ASC, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə təşkil edilən festivalda dövlət şirkətinin 13 çeşiddə qızıl və 5 çeşiddə gümüş sikkələrdən ibarət kolleksiyaları, eləcə də investisiya məhsulları təqdim edilib.

"AzerGold" stendində xalçaçılıq elementlərini özündə ehtiva edən qızıl və gümüş məhsullar nümayiş etdirilib. Burada, həmçinin Azərbaycanın tarixi şəxsiyyətlərini, milli və mənəvi dəyərlərini əks etdirən numizmatika nümunələri və müxtəlif mövzularda hazırlanmış sikkələr təqdim olunub.

"AzerGold" və "Azərxalça" birgə layihə əsasında ziyarətçilərə "ipəklə gümüşün harmoniyası" adlı fərqli vizual təcrübə təqdim edib. "Smartminting" (yüksək relyefli zərb texnologiyası) ilə ərsəyə gətirilən və nəsli kəsilmək təhlükəsi altında olan fauna növlərinə həsr edilmiş "Nadir fauna növləri" adlı yeni nəsil gümüş sikkələr və bu kolleksiyanın xalça interpretasiyası izləyicilərin böyük marağına səbəb olub. Azərbaycan Respublikasının "Qırmızı Kitab"ı, o cümlədən Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqının "Qırmızı Siyahı"sının nəsli kəsilmək təhlükəsi olan canlılar kateqoriyasına daxil edilmiş nadir fauna növləri – ceyran, bəbir və bezoar keçisi haqqında yerli və xarici qonaqlara ətraflı məlumat verilib. Stenddə "Bəbir" xalçasının kəsim prosesi də interaktiv şəkildə nümayiş etdirilib.

Chosen
27
11
far.az

10Sources