EN

"Avropa Trampın mesajını qəbul edib" - Rutte

"Avropa ölkələri Trampın mesajını alıb".

Redaktor.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrinin ABŞ Prezidenti Donald Tramp tərəfindən verilən mesajı anladıqlarını bildirib.

Məlumata görə, Rutte qeyd edib ki, hazırda Avropa dövlətləri hərbi bazaların istifadəsi ilə bağlı razılaşmaların icrasını təmin etməyə çalışırlar.

Qeyd olunub ki, bu açıqlama Trampın bəzi NATO ölkələrini İrana qarşı müharibədə ABŞ-ni kifayət qədər dəstəkləməməkdə ittiham etməsindən sonra səsləndirilib.

Bildirilib ki, Rutte bu fikirləri Ermənistanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib. O vurğulayıb: “Bəli, ABŞ tərəfindən müəyyən məyusluqlar olub, amma avropalılar bizi dinləyiblər”.

Aminə ŞAHSUVARQIZI

 

 

Chosen
23
1
redaktor.az

2Sources