EN

İran: ABŞ-ın Hörmüz boğazında dənizçilik qaydalarına müdaxiləsi atəşkəsin pozulması olar

İran: ABŞ-ın Hörmüz boğazında dənizçilik qaydalarına müdaxiləsi atəşkəsin pozulması olar

İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ-ın Hörmüz boğazında dənizçilik qaydalarına müdaxiləsinin atəşkəsin pozulması mənasına gələcəyini bildirib.

AFN.az xəbər verir ki, Əzizi "X" sosial media platformasındakı hesabından etdiyi paylaşımda Hörmüz boğazındakı yeni dənizçilik tənzimləmələrinə hər hansı ABŞ müdaxiləsinin atəşkəsin pozulması kimi qiymətləndiriləcəyini vurğulayıb.

İranlı rəsmi Hörmüz boğazı və Fars (Bəsrə) körfəzinin ABŞ Prezidenti Donald Trampın yanıldıcı paylaşımları ilə idarə oluna bilməyəcəyini ifadə edib. Əzizi qarşılıqlı ittiham oyunu ssenarilərinə heç kimin inanmayacağını qeyd edib.

Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından ticarət gəmilərinin keçidini təmin etmək məqsədilə bu gün fəaliyyətə başlayacaq "Azadlıq Layihəsi"nə dəstək verəcəyini və bu prosesdə 15 min hərbi personalın iştirak edəcəyini duyurmuşdu.

Chosen
18
afn.az

1Sources