EN

Türkiyədə 1,5 Milyon litr dizel yanacaq satın alınacaq

BAKI,TurkicWorld Orxan Qədirzadə

İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı korrupsiya ittihamları ilə bağlı bu gün keçirilməsi planlaşdırılan məhkəmə iclası ləğv edilib.

TurkicWorld xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Məlumata əsasən, İsrail Ordusunun radiosu vəkil heyətindən daxil olan müraciətdən sonra Baş nazirin ifadə verməli olduğu iclasın baş tutmayacağını təsdiqləyib. Eyni zamanda, ölkənin Baş prokuroru Qali Baharav-Miara Netanyahunun müdafiə tərəfi ilə cinayət işi üzrə mümkün "təqsiri etiraf etmə" razılaşmasına dair ilkin məsləhətləşmələrə razılıq verib.

Xəbərdə qeyd olunur ki, hazırda Netanyahuya qarşı irəli sürülmüş korrupsiya və rüşvətxorluq ittihamları üzrə əfv sərəncamının imzalanması məqsədilə gizli vasitəçilik prosesi aparılır. Danışıqların İsrail Prezidenti İshaq Hersoq, hökumətin vəkil heyəti və prokurorluq nümayəndələri arasında baş tutduğu bildirilir.

Prezident ofisindən verilən açıqlamaya görə, bu addım məhkəmədənkənar razılaşmanın əldə olunması üçün bir başlanğıcdır. Benyamin Netanyahu hələ ötən ilin noyabr ayında ölkədəki daxili parçalanmanı əsas gətirərək əfv olunması üçün müraciət etmişdi.

Xatırladaq ki, 2020-ci ildən bəri davam edən məhkəmə prosesində Baş nazir üç ayrı cinayət işi üzrə ittiham olunur. İttihamlar sübuta yetiriləcəyi təqdirdə onu həbs cəzası gözləyir. ABŞ Prezidenti Donald Trampın da dəfələrlə İsrail tərəfinə Netanyahunun əfv edilməsi ilə bağlı çağırışlar etdiyi qeyd olunur.

Chosen
22
turkic.world

1Sources