1-ci Liqanın lideri "Şəfa"nın kapitanı Tərlan Quliyevin aqibətinin necə olacağı bəllidir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, onun növbəti mövsümə Premyer Liqada başlamaq ehtimalı yüksəkdir.
Belə ki, liqadakı mübarizənin sonuna 3 tur qalmış ən yaxın təqibçisini 7 xal qabaqlayan və qarşıdakı matçların birində qələbə qazanacağı halda, çempionluğu rəsmiləşdirəcək Bakı təmsilçisi 34 yaşlı müdafiəçi ilə vidalaşmaq barədə düşünmür. Paytaxt klubu Tərlanla müqavilə yeniləməkdə qərarlıdır. Komandanın 34 yaşlı baş məşqçisi Elgiz Kərəmlinin heyətdə saxlanılmasını vacib saydığı oyunçulardan biri məhz sözügedən arxa xətt oyunçusudur.
Xatırladaq ki, "Neftçi"nin yetirməsi olan Quliyev Azərbaycanın əsas millisində 7 matça çıxaraq 2 qol vurub.
Toğrul