EN

ÇSKA baş məşqçisi ilə yollarını ayırdı

Rusiyanın ÇSKA klubu baş məşqçisi Fabio Çelestini ilə yollarını ayırıb.

Msport.az xəbər verir ki, isveçrəli mütəxəsssislə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib.

Hazırda 45 xalı olan “hərbiçilər” turnir cədvəlində 6-cı yeri tuturlar.

ÇSKA son 5 oyunda qələbə qazana bilməyib. Müvəqqəti olaraq baş məşqçi səlahiyyətlərini Dmitri İqdisamov yerinə yetirəcək.

Çelestini 2025-ci ildə Moskva klubunun “sükanı” arxasına keçmişdi.

 

Chosen
37
msport.az

1Sources