EN

İran ABŞ-nin yeni təkliflərini baxmamış rədd etdi

BAKI, 4 may. TELEQRAF

“ABŞ-nin cavabını Pakistan vasitəsilə almışıq, hazırda qaldırılan məsələlərin təfərrüatlarına girməməyi üstün tuturam, çünki hələ də araşdırılma mərhələsindədir”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə danışıqlar barədə jurnalistlərə deyib.

“Amma ABŞ-nin həddindən artıq tələblər və qeyri-məqbul iddialar irəli sürmək vərdişindən imtina etməsi onun üçün asan deyil. Qeyd olunan bütün mövzular, məsələn zənginləşdirmə və ya materiallarla bağlı məsələlər yalnız spekulyasiyadır. Bu mərhələdə müharibənin tam dayandırılması və qəti şəkildə başa çatdırılmasından başqa heç nəyi müzakirə etmirik. Gələcəkdə hansı istiqamətdə irəliləyəcəyimiz isə daha sonra, uyğun zamanda müəyyən olunacaq”, - o bildirib.

Chosen
22
teleqraf.com

1Sources