EN

Avropa liderləri Yerevanda toplanır

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Bu gün Ermənistanın paytaxtı Yerevanda Avropa Siyasi Birliyinin 8-ci sammiti keçirilir.

Gununsesi.info xəbər verir ki, sammitə Avropanın müxtəlif ölkələrindən, o cümlədən Avropa İttifaqı üzvləri və qitədən kənar dövlətlərin liderləri qatılır.

Tədbir “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” devizi altında keçirilir.

Sammitdə iştirak edənlər arasında NATO Baş katibi Mark Rutte, Ukrayna Prezidenti Volodimir Zelenski və digər yüksək vəzifəli şəxslər də var.

Görüşdə regional təhlükəsizlik, enerji, iqtisadi əməkdaşlıq, o cümlədən Ukrayna məsələsi kimi mövzular müzakirə olunacaq.

Kanadanın iştirakı isə ilk dəfə qeyri-Avropa ölkəsinin bu formatda iştirakı kimi tarixi qeyd olunur.

Qeyd edək ki, sammitdən sonra 4-5 may tarixlərində Ermənistanla Avropa İttifaqı arasında ilk rəsmi ikitərəfli sammit keçiriləcək.

Bu, Ermənistanın Avropaya inteqrasiya istiqamətində atdığı addımların önəmini vurğulayır.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
icma.az

1Sources