EN

İrəvandakı toplantıdan nə gözlənilir?

Açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin də çıxışları nəzərdə tutulub.

Türkiyəni sammitdə vitse-prezident Covdət Yılmazın təmsil edəcəyi bildirilir. Prezident Ərdoğanın İrəvana gedəcəyi xəbəri ötən həftə yayılsa da səfər etmədi, İrəvanda sammitdə müavini - vitse- prezident Covdət Yılmaz tədbirdə iştirak edəcək. Ərdoğan nədən özü İrəvana getmədi? Ermənistanla münasibətlərin hələ o həddə qədər inkişaf etməməsi səbəb hesab edilə bilərmi?

Azərbaycan Prezidentinin sammitin açılış sessiyasına onlayn qatılıb çıxış etməsi sülh prosesinə böyük töhfə sayıla bilərmi?

Elçin

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesinin sürətlə irəliləməsi istiqamətində ciddi addımların atılmasına, rəsmi Bakının prosesə böyük töhfələr verməsinə, Azərbaycan ictimaiyyətinin Prezident İlham Əliyevin digər sahələrdə olduğu kimi, sülh istiqamətində də sərgilədiyi qətiyyətli mövqeyini istisnasız olaraq, dəstəklədiyinə baxmayaraq, eyni yanaşmanın Ermənistan cəmiyyətinə də mütləq şəkildə təşəkkül tapdığını söyləmək çətindir. Və ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, sülh prosesində, hətta praqmatik geosiyasi maraqlar kontekstində dəstək verməli olan bir sıra ölkə və təsisatlar, tamamilə əks qütbün mövqeyindən çıxış edərək, Ermənistandakı revanşçı qüvvələrin, müharibə canilərinin sülh əleyhinə fəaliyyətlərini stimullaşdırırlar:
“Bu sırada Niderland və Belçika parlamentlərinin, Avropa Parlamentinin sülh əleyhinə fəaliyyəti diqqət çəkir. Düşünürəm ki, Avropa Siyasi Birliyinin Ermənistanda keçiriləcək sammitində, həm də Avropa təsisatlarının pozucu fəaliyyətinə qiymət verilməli, Avropa parlamentarilərinin destruktiv fəaliyyətinin xalqların sülh və rifah şəraitində yaşamaq hədəflərinə zidd olduğu vurğulanmalıdır”.

Deputatın qənaətincə, həm sadalanan məqamlar, həm də sülh prosesinin hələlik yekun mərhələyə daxil olmaması Türkiyə Prezidentinin səfərinin baş tutmamasına zəmin yaradan amillərdən biri kimi ehtimal edilə bilər. Bütövlükdə, Azərbaycanı Prezidenti sammitin açılışına onlayn qatılması, Türkiyənin vitse-prezidentinin Ermənistana səfəri sülh prosesinə verilən böyük töhfə kimi qiymətləndirilməlidir.

Etibar Seyidağa,
Musavat.com

Chosen
7
musavat.com

1Sources