Qlobal inkişaf sahəsində ciddi dəyişikliklər baş verir. Rəsmi inkişaf yardımı (ODA) son illərdə kəskin azalıb və bu, beynəlxalq yardım sisteminin gələcəyi ilə bağlı suallar yaradıb. Afrika ölkələri isə xarici yardımdan asılılığı azaltmağa çalışaraq daha çox investisiya yönümlü və öz resurslarına əsaslanan sistemlər qurmağa doğru gedirlər.
QHT.az xarici mediaya istinadən bildirir ki, ötən il rəsmi inkişaf yardımlarında tarixdə ən böyük illik azalma qeydə alınıb. Bu azalma COVID-19 pandemiyası və Ukrayna müharibəsi dövründə artan yardımların da geri çəkilməsi ilə nəticələnib. OECD məlumatlarına görə, bu proses qlobal inkişaf maliyyələşməsində ciddi boşluq yaradıb və mövcud yardım modelinin gələcəyi sual altına düşüb.