EN

Azərbaycan Mərkəzi Bankı nöbəti faiz qərarını açıqlayacaq

Azərbaycan Respublikası Mərkəzi Bankının pul siyasəti qərarlarının (faiz qərarlarının) ictimaiyyətə açıqlanması qrafikini görə, faiz dəhlizinin parametrlərinə dair növbəti qərar 6 may 2026-cı il tarixində açıqlanacaq. 

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 2 aprel 2026-cı il tarixində faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılmışdır. 

Qeyd olunmuşdu ki, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, yaxın regionda artan geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal və daxili maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb.

Vurğulanmışdı ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır.

Qeyd edək ki, Mərkəzi Bankın faiz qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minir. 

İş elanları AzVak.az-da

Chosen
25
1
marja.az

2Sources