EN

ABŞ də silahlı hücum: Yaralananlar var

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin Oklahoma ştatında baş verən silahlı hücumda ilkin məlumatlara görə, ən azı 10 nəfərin yaralandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Oklahoma polisinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 21.00 radələrində Arkadia gölü yaxınlığında atəş açılması ilə bağlı çox sayda zəng daxil olub.

Açılan atəş nəticəsində yaralanan ən azı 10 nəfərin xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

Hücumun Arkadia gölü yaxınlığında gənclərin bir araya gəldiyi parti zamanı törədildiyi bildirilib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
1
cebheinfo.az

2Sources