EN

Prezident:Azərbaycandan Ermənistana 12 min ton neft məhsulları ixrac edilib

BAKI, 4 may. TELEQRAF

"İndiyədək Ermənistana 12 min ton neft məhsulumuz ixrac edilib".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışı zamanı bildirib.

"Azərbaycan Ermənistana ilk dəfə öz neft məhsullarını - benzin və dizel yanacağını tədarük etməyə başladı və beləliklə, ticarət əlaqələrinin təməli qoyuldu. İndiyədək Azərbaycan ərazisindən tranzit olmaqla Ermənistana 28 000 ton yük daşınıb".

Chosen
9
teleqraf.com

1Sources