EN

"Tanrı mənə nə desə, onu da edəcəyəm" - Endrik qalır?

Müqavilə ilə "Real Madrid"ə məxsus olan, sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə bu ilin yanvarında "Olimpik Lion"a icarəyə verilən braziliyalı hücumçu Endrik yeni mövsümə harada başlayacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, gənc forvardın dünən Liqa 1-in 34-cü turu çərçivəsində "Renn"i  evdə 4:2 hesabı ilə məğlub etdikləri matçdan sonra dediklərini "RMC Sport" belə çatdırıb:

"Qismətimdə Lionda qalmaq və ya Madridə qayıtmaq varsa, hər ikisi ola bilər. Mən hər günü yaşayıram. Tanrı mənə nə desə, onu da edəcəyəm.

Bu gün hər şey əla alındı. Buna görə çox şadam. Lionda hər şeydən razıyam. Əla məşqçilər heyəti, yaxşı komandamız var. Sabah nə olacağını deyə bilmərəm. Tanrı həmişə mənimlədir. Onun dediyini edəcəyəm.

Dünya çempionatında yollanmaq qismət olsa, hamıya təşəkkürümü bildirəcəyəm. Baş məşqçimiz Paulu Fonseka və futbolçular məni çox isti qarşılayıblar".

Xatırladaq ki, Endrik üçün "Renn"lə matç "Lion" forması ilə 20-ci olub. Cənubi amerikalı istedad Fransa komandasının heyətində 8-ci qolunu vurub.

Nihat

Chosen
4
1
fanat.az

2Sources