EN

Piyada keçidi ola ola qadın azyaşlı ilə avtomobillərin önünə atıldı VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Nərimanov rayonunda piyadanın yol hərəkəti qaydalarını pozması kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 1-də saat 12:36 radələrində Ağa Nemətulla küçəsində qeydə alınıb. Görüntülərdən aydın olur ki, qadın azyaşlı övladı ilə birlikdə yolu təyin olunmamış yerdən keçir. O, hərəkətdə olan nəqliyyat vasitələrinə məhəl qoymadan yoluna davam edir.

Kadrlarda həmçinin hadisə yerinə yaxın məsafədə piyada keçidinin mövcud olduğu da görünür.

Təəssüf ki, bəzi piyadalar vaxt qazanmaq məqsədilə yolu müəyyən edilməmiş hissələrdən keçərək həm öz həyatlarını, həm də sürücülər üçün əlavə risk yaradırlar. Xüsusilə nəqliyyat axınının sıx olduğu vaxtlarda avtomobillərin qısa müddətli dayanmasından istifadə edilməsi bu cür təhlükəli halların baş verməsinə şərait yaradır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
1
avtosfer.az

2Sources