EN

Qəbələdə WUF13 Festivalı başlayıb

Ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədi ilə mayın 4-də Qəbələ rayonunda WUF13 Festivalına start verilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, günün birinci yarısında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində müəllim və tələbə heyətinin iştirakı ilə WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil edilib.

Çıxışlarda WUF13-ün Azərbaycan üçün əhəmiyyəti və onun çərçivəsində müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.

Bildirilib ki, mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası hər kəs üçün açıqdır.

Qeyd edək ki, WUF13 Festivalı iki hissədən ibarətdir. Axşam saat 18:00-da festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.

Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.

Chosen
21
8
far.az

10Sources