EN

Prezident Avropa Parlamentini tənqid etdi

Prezident Avropa Parlamentini tənqid etdi

Avropa Parlamenti sülh prosesini dəstəkləmək əvəzinə, onu sabotaj etməyə yönəlir.

AFN.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin Ermənistanda keçirilən sammitindəki video-çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, bəzi Avropa institutları, xüsusilə Avropa Parlamenti və AŞPA ikili standartlar nümayiş etdirir.

Prezident vurğulayıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra AŞPA nümayəndə heyətimizə qarşı sanksiyalar tətbiq edib: "Azərbaycanın ərazi bütövlüyü hər hansı digər ölkənin ərazi bütövlüyü ilə eyni dəyərə malikdir". Məlumata görə, 2021-ci ildən bəri Avropa Parlamenti Azərbaycanla bağlı təhqiramiz ifadələrlə dolu 14 qətnamə qəbul edib.

Buna cavab olaraq Azərbaycan Parlamenti mayın 1-də rəsmi şəkildə Avropa Parlamenti ilə bütün sahələr üzrə əməkdaşlığın dayandırılması və "Avronest” Parlament Assambleyasında üzvlüyə xitam verilməsi prosedurlarına başlanması barədə qərar qəbul edib.

Dövlət başçısı əlavə edib ki, Avropa Parlamenti ksenofobiya və islamofobiya kimi daxili problemləri həll etmək əvəzinə, Azərbaycanı hədəf alaraq böhtan yaymaqla məşğuldur.

Chosen
48
1
afn.az

2Sources