EN

Oğlunun son vəsiyyətini açıqladı Video

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Xalq artisti Nazpəri Dostəliyeva vəfat edən oğlu Əlinin son sözlərini xatırlayıb.

Axşam.az xəbər verir ki, müğənni bu barədə “Zarafat bir yana” proqramında danışıb. N.Dostəliyeva bildirib ki, həyatında böyük itkilər yaşasa da, hər zaman güclü olmağa çalışıb:

“Demədim dərdim böyükdür, dedim Allahım böyükdür. Atam və anam 21 yaşlı tar ustası olan oğlunu faciəli şəkildə itirdi. Atam bu dərddən sarsıldı, aşıq olmadı, anam xəstələndi və qardaşımın ili çıxmadan dünyasını dəyişdi. Onların məzarına gedəndə deyirəm ki, baxın, mən necə güclü oldum. Mənim Əkbər oğlum, Əlimin yadigarı Tamerlan var, onları buraxıb gedə bilərəm? Mənim gücsüz olmağa haqqım varmı?

Dərdi ürəyimdə elə bir ağırlıqla daşıyıram ki, onu heç bir yük maşını, təyyarə, heç bir özündən deyən insan daşıya bilməz. Amma mən daşıyıram. Kədərimi yox, sevincimi paylaşıram".

Nazpəri övladının son vəsiyyətini açıqlayıb:

"Bu hadisə martın 22-də, Novruz bayramı günü baş verdi. Səhər getdi, bazarlıq edib gəldi. Hər şey hazırladım, oturduq, yedik, içdik, güldük. Aş yedi və dedi ki, mədəmdə narahatlıq var, uzanım. Bacım ona yaxınlaşıb soruşdu ki, nə olub? Su istədi. Qonağımız həkim idi, dedi ki, xoşum gəlmədi, dodağı və üzü göyərib. Həkimlə danışdım, videonu açdım, dedi ayağa qalxmasın.

Yanında oturdum. Mənə dedi ki, "Bilirsən səni nə qədər sevənlər var, səhnəni buraxma". Hamı otaqdan çıxdı, onu qucağıma aldım. Dedi ki,  haqqını halal et və Tamerlandan sənə arxayınam. Tamerlan qüsurludur, onu sənə tapşırıram. Bir az sonra həkimlər gəldi... Amma elə dəhlizdə də qaldılar. Artıq ehtiyac qalmamışdı".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
15
axsam.az

1Sources