EN

Şəhərin mərkəzində tülkülər niyə artıb? “Dişləyə bilər...”

ain.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər sosial şəbəkələrdə, şəhərin mərkəz küçələrində tülkülərin olması ilə bağlı videolar yayılıb. Tülkülərin şəhərdə dolaşması insanları təşvişə salıb.

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən AMEA Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Təvəkkül İsgəndərovun sözlərinə görə, buna səbəb son zamanlar Abşeron yarımadasında təbii yaşayış yerlərinin tam mənimsənilib, antropogen biotiklərə çevrilib, sıradan çıxmasıdır.

O bildirib ki, tülkülər Abşeron yarımadasında geniş yayılıb: “Həmin sahələrdə də başdan-başa, demək olar ki, antopogenləşmiş ərazilərdən ibarətdir və tülkülər də bu şəraitə uyğunlaşaraq gündüzlər tapdığı, sığınacaq kimi istifadə edə biləcəyi yerlərdə gizlənirlər. Gecələr isə həmin ərazilərdə sakitlik yaranandan sonra insan iştirakı, texnika səsi olmadıqda gizləndikləri sığınacaqdan çıxırlar və şəhərdə olan müxtəlif zibil qutuları olan yerləri gəzərək özlərinə yem axtarmaq məcburiyyətində qalırlar. Adətən də onlar gecə vaxtı insanlara rast gəlirlər. Bəzən güzdüzlər də insan iştirakı, tikinti ilə bağlı olan səslər səbəbindən narahatlıq yaranarsa, o zaman tülkü həmin sığınacaqdan gündüz də çıxa bilər. Amma gecələr sakitlik olan zaman gizləndikləri yerdən çıxaraq, hətta şəhərin mərkəz küçələrinə də gəlib çıxa bilərlər. Şəhər mühitində onlar o ərazilərdə gizlənib özünə sığınacaq tapa bilirlər ki, ərazi böyük, giriş-çıxışı az olur. Bunlar adətən parklar, məktəb ərazilərində zirzəmilər olur. Sakitlikdə çıxdıqları zaman da insanlarla rastlaşa bilirlər. Abşeron yarımadasında yaşayış yerləri sıradan çıxdığı üçün o yerləri məcbur qalıb tərk edib şəhərin mərkəzində bağlarda, parklarda və s kimi ərazilərdə gizlənirlər”.

T.İsgəndərov qeyd edib ki, tülkülər insanlarla rastlaşdıqları zaman onlar tərəfindən aqressivlik hiss edərsə, bu, zaman təhlükəli hal yarana bilər: “Tülkü özünümüdafiə məqsədilə dişləyə bilə, cırmaq ataraq zərər verə bilər. Amma adətən tülkü çox qorxaq olduğu üçün təhlükə yaranan vaxtda aradan çıxmağa və gizlənməyə çalışır. Ancaq onu tutmaq istənilsə, yaxınlaşılsa, əlbəttə, bu zaman özünü qorumaq üçün zərər yetirə bilər. Ancaq insanı görən kimi ona hücum edəcək deyə bir davranış ehtimalı yoxdur”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
2
icma.az

3Sources