EN

Zelenski: Ukrayna dronları 9 mayda Moskvadakı parada gələ bilər

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski mayın 9-da Moskvada, Qırmızı Meydanda keçiriləcək parad zamanı Ukrayna dronlarının peyda ola biləcəyini istisna etməyib.

Xalqcebhesi.az xəbər verir ki, sinxron tərcümə ilə videonu "Novini.LIVE" nəşri təqdim edib.

"Rusiya 9 mayda parad keçirəcəyini elan edib, lakin orada hərbi texnika olmayacaq. Əgər bu təsdiqlənsə, ölkənin paradda silahların iştirakını təmin edə bilmədiyi uzun illərdən bəri ilk belə hal olacaq. Bununla belə, tədbir zamanı Ukrayna pilotsuz uçuş aparatlarının peyda olması istisna edilmir", — deyə Ukrayna Prezidenti Volodimir Zelenski İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində bildirib.

"Bu yay Putinin bundan sonra nə edəcəyinə — bu müharibəni genişləndirməyə, yoxsa diplomatiyaya keçməyə qərar verəcəyi an olacaq", — deyə o, həmçinin əlavə edib.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
2
icma.az

3Sources