EN

ABŞ-da sərnişin təyyarəsi yük maşınına çırpılıb

ABŞ-da sərnişin təyyarəsi yük maşınına çırpılıb

ABŞ-ın Nyu-Cersi ştatındakı Nyuark Liberti Beynəlxalq Hava Limanı (Newark Liberty International Airport) yaxınlığında enişə keçən təyyarənin magistral yolda hərəkət edən yük maşını ilə toqquşduğu bildirilir.

AFN.az xəbər verir ki, hava limanına enmək üçün alçalan sərnişin təyyarəsi eniş xəttinə yaxın nöqtədəki avtomobil yolunda gedən yük avtomobili ilə toqquşub.

Rəsmilər hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanıldığını bəyan edərək, təyyarənin eniş prosedurları, hava hərəkətinin idarə edilməsi və quru yolu koordinasiyasının təfərrüatlı şəkildə qiymətləndiriləcəyini bildiriblər. Hazırda qəzanın başvermə səbəbləri və fəsadları ilə bağlı təhqiqatlar davam edir.

Chosen
17
afn.az

1Sources